Bakının mərkəzi küçəsində biabırçılıq – FOTOLAR

Bakının mərkəzi küçəsində biabırçılıq – FOTOLAR

Bakının Təbriz küçəsində tıxac yaranıb. Səbəb isə hansısa dövlət qurumunun yolu qazmasıdır. Yolu tən ortadan qazanlar sağdan və soldan avtomobillərin hərəkəti üçün yol qoyublar. Orta isə bağlıdır. Buna görə də ərazidə sıxlıq yaranıb. Cars-az-ın əməkdaşı həmin ərazidə olub və fotolar çəkib. O da məlum olub ki, yolu qazanlar işi yarımçıq qoyaraq ərazini tərk ediblər. Sürücülər isə hazırda həmin ərazidə əziyyət çəkirlər.

Həmin ərazidən çəkilən fotoları təqdim edirik.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top