04.11.2015
Oxucu məktubları
Bakıda təhlükəli avtobus
Hər gün Bakıda marşrut avtobuslarındakı insan həyatı üçün təhlükəli olan ciddi qayda pozuntuları ilə bağlı mediada xəbələr verilir. Öz həllini tapmayan bu problemlə bağlı daha bir fakt təqdim edirik.
“Qafqazinfo”nun əməkdaşı “Koroğlu” metrosu - Balaxanı marşrutunda işləyən 216 saylı avtobusda növbəti təhlükəli anın şahidi olub. Həm ön, həm də arxa qapıları açıq olan avtobusda bir neçə sərnişin qapıdan asılı vəziyyətdə gedir. Bu azmış kimi tıxaca baxmayaraq, avtobus yolun əks hərəkət zolağına çıxaraq hərəkət edir.
Bu qayda pozuntusunun videogörüntüsünü təqdim edirik: