04.11.2015
Oxucu məktubları
Bakıda taksi hoqqası
Bakının nəqliyyatında olan problemlər təkcə sərnişin avtobusu ilə bitmir. Taksi sürücülərinin davranışı az qala avtobusları geridə qoysun. Cars-az xəbər verir ki, oxuculardan biri milli.az-a London taksilərinin nəinki taksi fəaliyyətinə, yol hərəkətinə məhəl qoymamasını tam çılpaqlığı ilə göstərən şəkil göndərib. Oxucu yazır ki, Rəşid Behbutov küçəsində həmişəki kimi taksilərin özbaşınalığı baş alıb gedir. Onlar tez-tez ya avtobus dayanacağını zəbt edirlər, ya da Rəşid Behbudov adına mahnı teatrının qarşısını saymazyana kəsirlər. Taksilərin özbaşınalğını göstərən fotoya baxandan sonra, yəqin ki, yol polisi ciddi tədbir görəcək.