10.11.2015
Oxucu məktubları
Bakıda svetofor sürücülərlə «şit zarafat» etdi
Yağışlı havada işıqforun rəngləri qarışıb. Cars-az-ın verdiyi məlumata görə, bu gün səhər saatlarında paytaxtın Xətai rayonu İzzət Orucova və Mehdi Mehdizadə küçələrinin kəsişməsindəki işıqforun rəngləri qarışıb. Eyni anda qadağanedici qırmızı işıq və hərəkətə başlamanı bildirən yaşıl işıq yanıb. Bunu görən sürücülərin əksəriyyəti çaş-baş qalsa da, işıqforun altındakı rəqəmli saniyəgöstərənlə hərəkətə üstünlük veriblər.
Qeyd edək ki, paytaxtda belə hal ilk dəfə deyil yaşanır. Xüsusən də qış aylarında yağışlı havada belə hallar olur.
Ramil