04.11.2015
Oxucu məktubları
Bakıda intizamsız sürücüyə unudulmaz dərs
Bakının Əhmədli qəsəbəsində JEK işçiləri necə gəldi maşın saxlayan sürücüyə unudulmaz dərs veriblər. Cars-az baku.ws-ə istinadən xəbər verir ki, 7 saylı poliklinikaya yaxın binanın həyətində nizamsız dayanan avtomobili zibil qutuları ilə bağlayıblar. Zibil qutularını maşının həm qabağına, həm də arxasına qoyan JEK-in işçiləri, bununla da sürücüyə "dərs” keçmək istəyiblər.