25.02.2016
Oxucu məktubları
Azərbaycanda «böyrək daşlarını əridən» yol
Azərbaycanda Şirvan-Salyan yolu sürücülər üçün əsl kabusu xatırladır və sürücülər bu yolu «böyrək daşlarını əridən» yol adlandırırlar. Çünki bu yolun salamat yeri yoxdur və ən azı diametri 4-5 metr olan çala-çuxurlar sürücülərə burada rahat hərəkət etməyə imkan vermir. Сars-az-a oxucuların göndərdiyi videodan da göründüyü kimi, yolun heç olmasa 50 metrini normal şəkildə getmək olmur. Yolda işıqlandırma da olmadığı üçün gecə vaxtı burada hərəkət edən avtomobillərin çala-çökəkdə nə qədər zərər çəkdiyini təsəvvür etmək o qədər də çətin deyil. Bu hal yol qəzalarına da səbəb ola biləcək əsas amildir.
Elmin