Azərbaycanda adamı həqiqətən baqaja qoydular

Azərbaycanda adamı həqiqətən baqaja qoydular

Azərbaycanda çox maraqlı hadisələr baş verir. Bu dəfə isə adamı həqiqətən baqaja qoyublar. Cars-az-ın məlumatına görə, bir nəfərin «Mercedes» markalı, 99 BV 749 dövlət nömrə nişanlı avtomobilin baqajında getməsini əks etdirən foto sosial şəbəkələrdə yayılıb. Fotodan da göründüyü kimi, kimsə avtomobilin baqajındadır və havasızlıq olmasın deyə baqajı tam bağlamayaraq əlləri ilə saxlayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) görə, bu hal sərnişindaşıma qaydalarının kobud şəkildə pozulmasıdır və İXM-nin 151.2-ci maddəsinə əsasın, 3 bal və 60 manat cərimə nəzərdə tutulur.

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top