04.11.2015
Oxucu məktubları
Avtomobillər İçərişəhərə buraxılmayacaq
I Avropa Oyunlarının velosiped yarışları ilə əlaqədar İçərişəhərdə nəqliyyat hərəkəti məhdudlaşdırılacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Cars-az verilən məlumata görə, Bakı 2015 I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə ilə əlaqədar olaraq 18 iyun axşam saatlarından başlayaraq 19-21 iyun tarixlərində İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Yarışla əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Fidan