Arenda adına götürüb maşına sahibləndi

Arenda adına götürüb maşına sahibləndi

Bakıda vətəndaş avtomobilini sürmə etibarnaməsi ilə tanışına verib. Tanışı da gedib avtomobilin birinci sahibini tapıb və maşını birbaşa öz adına keçirib. Nəticədə aradakı şəxs avtomobilin faktiki sahibi olduğu halda, maşınsız qalıb. Mütəxəssislərin isə belə hallarla qarşılaşmamaq üçün məsləhətləri var. Fariz Mirzəyev mülki etibarnamə əsasında sahibi olduğu avtomobilini arendaya verib pul qazanmaq istəyib. Ancaq avtomobili sürmə etibarnaməsi ilə alan şəxs Fariz Məmmədovu aldadaraq həmin maşını özününküləşdirib. Belə ki, o, avtomobilin ilkin sahibini tapıb və avtomobili birbaşa öz adına keçirib. Hüquqşünaslar deyirlər ki, əslində bu aldatma faktı qanunvericiliyə uyğun aparılıb. Yəni vətəndaş avtomobilini yenidən qanuni yolla əldə etmək istəyirsə, hökmən məhkəməyə müraciət etməlidir. Bu halla qarşılaşmamaq üçün isə hüquqşünasların məsləhətləri var.

Dostlarınla paylaş


Şərhlər


Top