27.11.2015
Maraqlı
Yol polisi məşhur müğənninin oğlunu saxladı
Müğənni Sibel Canın oğlu Engincan Ural gecə klublarından birində sevgilisi ilə əylənərkən görüntülənib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, geyim tərzi ilə tez-tez müzakirə mövzusu olan Engincan qızı arxa qapıdan avtomobillə götürərək jurnalistlərə görünmədən uzaqlaşıb. Lakin tələsik avtomobil idarə edən E.Ural polis tərəfindən saxlanılıb, yoxlama zamanı sərxoş olmadığı məlum olub. Lakin cütlük özlərini paparassilərdən gizlədə bilməyiblər.