04.11.2015
Maraqlı
Sərxoş çempion taksiyə pul əvəzi medalını verdi
Pekində baş verən hadisə bütün dünya ictimaiyyətinin marağına səbəb olub. Pekində yüngül atletika üzrə dünya çempionu adına layiq görülən Pavel Faydek sərxoş halda taksiyə minib. Çempionluğunu qeyd etdikdən sonra sərxoş idmançı otelə qayıdarkən sürücüyə pul əvəzi qızıl medalını verib. Səhər oyananda medalını tapmayan Pavel Faydek polisə müraciət edib. Bir neçə saat sonra polis çempionun medalını öz xoşu ilə sürücüyə verdiyini aşkara çıxarıb.
anspress