04.11.2015
Maraqlı
Sərnişin təyyarəsi yoxa çıxıb
Göyərtəsində 54 nəfərin olduğu İndoneziyanın "Trigana Air Service" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Papua əyaləti ərazisində yoxa çıxıb. "Report" xəbər verir ki, İndoneziyanın Nəqliyyat Nazirliyinin nümayəndəsi Yulius Baratanın məlumatına görə, aviadispetçerlər təyyarə ilə əlaqəni uçuşdan qısa müddət sonra itiriblər.
Layner Cayapura şəhərindən Oksibilə uçurmuş. Hava gəmisinin göyərtəsində 5 nəfəri uşaq olmaqla 49 sərnişin və 5 heyət üzvü olub.