21.03.2016
Maraqlı
Motosikleti suyun üstü ilə sürdü
Avstraliyalı motosiklet pilotu Robi Medisonun Yutuba yerləşdirdiyi video internet istifadəçilərinin marağına səbəb olub.
Сars-az atv.az-a istinadən xəbər verir ki, modifikasiyalamış motosikleti ilə okean dalğalarını yaran sürücü suyun üstü ilə hərəkət etməklə böyük maraq toplayıb.
2 gün ərzində 2,5 milyondan artıq baxış qazanmış video Taiti adası sahillərində çəkilib. 34 yaşlı Medison fəndləri yerinə yetirmək üçün 2 il hazırlaşıb.
Həmin qeyri-adi videonu təqdim edirik: