11.01.2016
Maraqlı
Metroda şalvarsız aksiya
Dünyanın 60 ölkəsində "No Pants Subway Ride" aksiyası keçirilib. Aksiya iştirakçıları metroya girərkən şalvarlarını soyunublar və tumanda qalıblar. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı və koordinatoru "Improve Everywhere" qrupudur. "No Pants Subway Ride" aksiyası ilk dəfə 2002-ci ildə Nyu-Yorkda təşkil olunmuşdu. Həmin aksiyaya cəmi 7 nəfər qatılmışdı. Ötən il isə Nyu-Yorkda 4 min nəfər şəhər metrosuna şalvarsız düşmüşdülər.