Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Maşının baqajında əyləşdilər…
Maşının baqajında əyləşdilər…

Maşının baqajında əyləşdilər…

Avtomobilin baqajına əyləşib yola çıxdılar. Türkiyədə lentə alınan görüntülər izləyicilər arasında heç də birmənalı qarşılanmayıb. Cars-az atv.az-a istinadən xəbər verir ki, avtomobilin içində yox, baqajında səyahətə üstünlük verən iki şəxs belə vəziyyətdə kilometrlərcə yol qət ediblər. Lakin bununla həyatlarını necə təhlükəyə atdıqlarını düşünməyiblər. Nəzərə alsaq ki, sürücünün qəflətən əyləci basması hər iki şəxsin avtomobildən yıxılıb ən yaxşı halda zədə alması, ən pis halada ölümü ilə nəticələnə bilərdi. Onların bu ağlasığmaz davranışları yolda hərəkətdə olan avtomobillərdən birinin sərnişini tərəfindən lentə alınıb.

Görüntülər mediaya düşdükdən sonra geniş müzakirələrə yol açıb. Bəziləri yayın istisində bu cür yol getməyin ayrı ləzətinin olduğunu desə də, əksəriyyət bu şəxslərin davranışını yersiz hərəkət kimi qiymətləndiriblər.

Dostlarınla paylaş


Şərhlər


Top