Gürcüstanda əlillərə belə dəyər verdilər

Gürcüstanda əlillərə belə dəyər verdilər

Gürcüstanda əlillərə belə dəyər verdilər

Gürcüstanda bir taksi şirkətinin «Çağrı mərkəzi»ndə əlilləri həyata qaytarıblar. Cars-az-ın məlumatına görə, bu şirkətdə əlillərə iş veriblər. Onlar heç bir ağır iş görmədən sadəcə, telefon zənglərinə cavab verirlər. Bununla həm şirkətin işi gedir, həm də əlillər özlərini cəmiyyətdən təcrid olunmuş hiss etmirlər.

Ümid edirik ki, Azərbaycanda da taksi və ayıq sürücü xidmətləri bu üsuldan istifadə etməklə əlillərə diqqət göstərə bilərlər.

Fotonu sosial şəbəkələrdə İlqar Talıbov paylaşıb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top