04.11.2015
Maraqlı
Göyçay sakini avtomobil hissələrindən görün nə hazırladı
Göyçayın Kürdəmiş kənd sakini müxtəlif avtomobillərin ehtiyat hissələrindən istifadə edərək, mini traktor hazırlayıb. Traktorun gücünü artırmaq məqsədilə hətta, ona 2 ədəd sürət qutusu yerləşdirib. Minik avtomobillərinin ehtiyat hissələrindən yığılıb. Gücünə görə orijinal traktorlardan heç də geri qalmır. Mini traktoru Göyçayın Kürdəmiş kənd sakini Həsən Həsəsnov düzəldib. Traktoru hazırlayarkən müxtəlif minik avtomobillərinin ehtiyat hissələrindən istifadə edən rayon sakini, onun gücünü artırmaq üçün traktora 2 sürət qutusu yerləşdirib. 3 aya hazırlanan texnikanın arxa təkərləri traktora, ön təkərləri isə minik avtomobilinə məxsusdur.
Həsən Həsənov mini traktor vasitəsilə təsərrüfat işlərini rahat şəkildə yerinə yetirir.