04.11.2015
Maraqlı
Eminin əkizləri ilə motosiklet gəzintisi – FOTO
Tanınmış müğənni-bəstkar Emin Ağalarov Bakıya gəlib. Cars-az teleqrafa istinadən xəbər verir ki, ifaçı motosikletlə gəzintiyə çıxıb. O, gəzintidən olan fotoları "Instagram" hesabında paylaşıb. Emin şəkilə “Uşaqlığımın keçdiyi yer – Nardaran” sözlərini yazıb. Şəkildə müğənninin əkizləri Əli və Mikayıl da yer alıb.
Qeyd edək ki, Emin Ağalarov iyulun 16-da Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək.