03.02.2016
Maraqlı
Dəmiryolu vağzalında böyük izdiham
Qatarlar gecikdi, dəmiryolu vağzalı sərnişinlərlə doldu. Qarışqa yuvasını xatırladan bu görüntülər Çinin Quançjou şəhərindəki qatar stansiyasında lentə alınıb.
Сars-az atv.az-a istinadən xəbər verir ki, bir neçə saat ərzində vağzaldakı sərnişinlərin sayı 100 mini ötüb. Sərnişinlər vağzalda yer tapa bilmədiyindən, saatlarla yağışın altında dayanmalı olub. Vağzaldakı izdihamın bu qədər böyük olmasına səbəb vətəndaşların Yeni ili qarşılamaq üçün doğma şəhərlərinə getməyə çalışmasıdır.
Qeyd edək ki, çinlilər Yeni ili fevralın 8-də qarşılayacaq.