Azərbaycanlı “Herakl” saçları ilə "Kamaz"ı dartdı

Azərbaycanlı “Herakl” saçları ilə "Kamaz"ı dartdı

Azərbaycanlı “Herakl” saçları ilə "Kamaz"ı dartdı

Azərbaycanda olan “Herakl” Rusiyanın Nijnivartovsk şəhərində şou göstərib.

Cars-az Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq 17 ildir ki, pəhləvan mismarlardan hörük düzəldir, od udur, bıçaqların itiliyini bədəni ilə yoxlayır.

Nijnivartovsk tamaşaçıların gözü qabağaında Əmir Balakənli dişləri ilə üstündə adam oturan stulu qaldırıb və saçları ilə KAMAZı dartıb.

Lakin pəhləvanın xahişinə baxmayaraq, cip sürücüləri onun üzərindən maşınla keçməyə razı olmayıblar.

Qeyd edək ki, Əmirin 40 yaşı var. O, öncə postsovet məkanında sirk ustaları ilə səyahət edib. Hazırda isə o, turneyə çıxıb.

Dostlarınla paylaş


Şərhlər


Top