Ziya Məmmədov qohumu olan deputat oğluna yeni vəzifə verdi

Ziya Məmmədov qohumu olan deputat oğluna yeni vəzifə verdi

Ziya Məmmədov qohumu olan deputat oğluna yeni vəzifə verdi

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub. Cars-az-ın ASC-nin mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin "Avtomobil yollarının istismarı və reklam" MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi vəzifəsinə təyin olunub. 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı isə "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı deputat Sabir Rüstəmxanlının oğludur. Rüstəmxanlı ailəsi bir müddət əvvəl Məmmədovlar ailəsi ilə qohum olub.

Elmin

Dostlarınla paylaş


Şərhlər


Top