04.11.2015
Gündəm
Yük maşınında yanğın
Abşeron rayonunda yük avtomobilində yanğın baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Masazır qəsəbəsində vətəndaşa məxsus “Volkswagen” markalı yük avtomobilinin banına yığılmış məişət tullantıları 6 kv.m sahədə yanıb. Avtomobil yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fərid