04.11.2015
Gündəm
Yol polisi avtoxuliqanlıq edən sürücünü saxlayıb
Bakıda yol polisi avtoxuliqanlıq edən sürücünü saxlayıb. Cars-az "report"a istinadən məlumat verir ki, 10 YP 548 dövlət nömrə nişanlı avtomobillə xidmət aparan yol polisləri Xətai rayonunun Babək prospektində "Mercedes" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi veriblər. Lakin sürücü əmrə tabe olmayaraq qaçmağa çalışıb. Yol polisləri sürücünü təqib edərək onu Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən parkın yaxınlığında saxlatdıra biliblər.
Araşdırma zamanı sürücü yol polislərinə sənəd təqdim etməkdən boyun qaçırıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün polis bölməsinə aparılıb, avtomobili isə cərimə dayanacağına göndərilib.