Yağış Bakıda hərəkəti iflic etdi

Yağış Bakıda hərəkəti iflic etdi

Bakının əsas küçə və prospektlərində uzun tıxaclar yaranıb. Cars-az aznews.az-a istinadən xəbər verir ki, ən böyük tıxac Bakı-Sumqayıt yolunda müşahidə olunur. Yolun Sumqayıt istiqamətində hərəkət edən avtomobillərin hərəkəti tamamilə dayanıb. Tıxacın yaranmasına səbəbin intensiv yağan yağışın olduğunu bildirilir. Bundan əlavə, Bakıxanov, Bülbül, Neftçilər prospektlərində, Süleyman Rüstəm küçəsində, Badamdar qəsəbəsindən şəhər istiqamətində olan yollarda da avtomobillərin hərəkəti iflic olub.

Dostlarınla paylaş


Şərhlər


Top