18.02.2016
Gündəm
Xırdalan stansiyasının tikintisində texniki problemlər yaranıb
Bakı-Sumqayıt elektrik qatarının Xırdalan və Biləcəri stansiyalarının açılacağı tarixlər açıqlanıb. Сars-az faktxəbər.com-a istinadən bildirir ki, stansiyalar bu ilin sonuna kimi açılmalıdır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, hələ həmin stansiyalarda tikinti işləri aparılır: "Biləcəridəki işlər plana uyğun gedir. Xırdalan stansiyasının tikintisində isə müəyyən texniki problemlər var".
N.Əzməmmədov deyib ki, problemə baxmayaraq, hər iki stansiyanın bu ilin sonunadək açılacağı planlaşdırılıb. Bakı-Sumqayıt elektrik qatarı ötən ilin sentyabrında istifadəyə verilib.