Xəbərdarlıq: Güclü külək əsəcək, rayonlara intensiv qar yağacaq

Xəbərdarlıq: Güclü külək əsəcək, rayonlara intensiv qar yağacaq

Xəbərdarlıq: Güclü külək əsəcək, rayonlara intensiv qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən xəbərə görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir.

Həmçinin dekabrın 9-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəratinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dostlarınla paylaş


Şərhlər


Top