04.11.2015
Gündəm
Velosiped oğurlayan yeniyetmələr ələ keçdi
Bakıda velosiped oğurlayan yeniyetmələr polis tərəfindən saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Cars-az-a verilən məlumata görə, Xətai RPİ 34-cü PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Emin