Vəkilin maşını qarət olundu

Vəkilin maşını qarət olundu

Bakıda vəkilin maşını qarət olunub. Cars-az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb.

Vəkillik fəaliyyəti ilə məşğul olan Şücaəddin Bağırova məxsus “Hyundai” markalı maşının yan şüşəsinin qıran şəxs və şəxslər avtomobildən 1000 ABŞ dolları, 500 manat və müxtəlif sənədləri aparıblar.

Hadisə barədə polisə məlumat verilib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Dostlarınla paylaş


Şərhlər


Top