Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Türkiyə təyyarəsi təcili eniş etdi
Türkiyə təyyarəsi təcili eniş etdi

Türkiyə təyyarəsi təcili eniş etdi

Turkish Airlines şirkətinin Banqkoq-İstanbul reysi üzrə uçan təyyarəsi, Nyu-Dehli aeroportunda təcili enməli olub. Səbəb partlayış təhlükəsi olub, Cars-az tass-a istinadən xəbər verir.

Uçuş zamanı təyyarə heyətinin üzvləri ayaqyolunda təyyarədə partlayıcının olmasının mümkünlüyünə dair məktub tapıblar.

A-330 Airbus-u aeroportun təhlükəsiz hissəsinə aparılaraq, salonu, yük yerləri və 148 sərnişinin baqajı yoxlanılıb. Yoxlama başa çatdıqdan sonra uçuşun davamı haqqında qərar qəbul ediləcək.

Bu, ilin əvvəlindən türk aviaşirkətinin təyyarələrində partlayış təhlükəsi ilə əlaqədar baş verən altıncı hadisədir. Əvvəlki hadisələrdə də beynəlxalq reyslər zamanı ayaqyolunda təyyarədə partlayıcı qurğuların olmasına dair məlumat verilən yazılar tapılıb. Bütün təhdidlər yalan olub.

Dostlarınla paylaş


Şərhlər


Top