11.11.2015
Gündəm
Tıxacda qalan təcili yardım maşınına yol vermədilər
Bakıda axşam saatlarında əksər küçələrdə tıxac olur. Belə tıxaclı küçələrdən birində təcili yardım maşını qalıb. Cars-az baku.ws saytına istinadən xəbər verir ki, yeni bulvar ərazisində baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan da görünür ki, təcili yardım maşını tıxacdan çıxmağa çalışır. Lakin heç kim təcili yardım maşınına yol vermək istəmir. Maşının içində isə xəstə olduğu bildirilir.
Yayılan video sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
Həmin görüntüləri sizlərə təqdim edirik: