Təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

Təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

Təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

Braziliyanın TAM aviaşirkətinə məxsus sərnişin təyyarəsi İspaniya paytaxtının hava limanına qayıdaraq təcili eniş edib. Cars-az tass agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin göyərtəsində bomba olması barədə xəbərin yayılması olub.

Madrid- San Paulu marşrutu ilə uçan hava gəmisinin göyərtəsində olan sərnişinlərin sayı barədə məlumat verilmir. Bomba ilə bağlı məlumat təyyarə Mərakeşin hava məkanında olarkən daxil olub. Hazırda təyyarədə bombanın olub-olmaması yoxlanılır.

Dostlarınla paylaş


Şərhlər


Top