Tək təkər üstündə şou göstərdi

Tək təkər üstündə şou göstərdi

Motosikletlə yollarda təhlükəli şou göstərən sürücülər haqda tez-tez xəbərlər təqdim edirik. Cars-az atv.az-a istinadən xəbər verir ki, oxşar hadislərdən biri Türkiyədə lentə alınıb. Əskişəhərdə magistral yolda motosiklet üzərində təhlükəli manevrlər yerinə yetirən gənc həyatını təhlükəyə atıb.

Yolda hərəkətdə olan televiziya işçiləri tərəfindən lentə alınan görüntülərdə motosiklet sürücüsü əvvəl tək təkər üzərində bir qədər yol gedir. Daha sonra isə əlini sükandan çəkərək bu vəziyyətdə yoluna davam edir. Jurnalistin sualını cavablandıran bayker hərəkətlərinin heç də təhklükəli olmadığını iddia edir.

Bayker gələcəkdə şoularını təkmilləşdirərək rekorda imza atacağını belə düşünür.

Dostlarınla paylaş


Şərhlər


Top