Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Svetoforda 300 min dollarlıq oğurluq
Svetoforda 300 min dollarlıq oğurluq

Svetoforda 300 min dollarlıq oğurluq

Rusiyada küçənin ortasında oğurluq hadisəsi baş verib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, hadisə Moskvanın Leninqrad prospekti ilə Huqo Çaves küçəsinin kəsişməsində baş verib. Belə ki, biznesmen xarici avtomobili ilə işıqforda dayanıb. Bu zaman 4 silahlı cinayətkar işıqforda dayanan avtomobilə hücum edib. Maskalı şəxslər avtomobilin arxa şüşələrini sındırıblar və avtomobilə daxil olublar. Daha sonra soyğunçular Moskva sakinindən içərisində 300 min dollar olan çantanı zorla alıblar.

Zərər çəkmiş iş adamı cinayətkarlara tərəf tapanca ilə atəş açıb. Naməlum şəxslər isə cavab olaraq atəş açıblar və biznesmeni yaralayıblar.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top