04.11.2015
Gündəm
Sumqayıtda dava: yol bağlandı
Bu gün saat 18.30 radələrində Sumqayıt şəhərindəki 21-ci məhəllənin ərazisində, avtomobil yolunun ortasında ailə münaqişəsi zəminində dava baş verib. Cars-az-ın moderator.az-a istinadən verdiyi xəbərə görə, hadisə yerinə çağırılan polis dəstəsinin müdaxiləsi nəticəsində baş verən münaqişə xətasız ötüşüb. Tərəflər dindirilməsi üçün polis bölməsinə aparılıb.
Dava baş verən vaxt avtomobil yolu bağlı qalıb.