09.03.2016
Gündəm
Sumqayıt yolundakı təpələri sökməyə başladılar
Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb. Сars-az xəbər verir ki, yolun avtovağzal tərəfdəki təpələr tam sökülüb. Bununla da yol təxminən 6 metr genişlənib. Təpənin “Şamaxinka”ya doğru uzanan hissəsi isə tam sökülməyəcək. İş icraçısı “qafqazinfo”ya bildirib ki, burada 2 metr enində genişləndirmə işləri aparılacaq. Təpəcik də 2-3 metr məsafədə söküləcək və təpənin üzərindəki fiqurlar saxlanılacaq. Bu işlər təxminən 1 həftəyə başa çatdırılacaq.