26.01.2016
Gündəm
Soyuq hava şəraiti nə zaman bitəcək?
Ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək.
Сars-az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. Qeyd edək ki, yanvarın 24-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, temperatur əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə aşağı enib.