SOCAR yanacağın qiymətini ucuzlaşdırdı

SOCAR yanacağın qiymətini ucuzlaşdırdı

ARDNŞ şirkəti Gürcüstanda yanacağın qiymətini yenidən ucuzlaşdırıb. ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Georgia” bu ölkədə satılan “Premium” markalı benzinin qiymətini 1,94 lariyə, yəni 80 qəpiyə endirib. “SOCAR Georgia” şirkəti sonuncu dəfə ötən il dekabrın 25-də yanacağın qiymətini 2,01 lariyə qədər ucuzlaşdırmışdı.

Qeyd edək ki, Gürcüstanda satılan “Premium” markalı benzin ölkəmizdə satılan eyni markalı benzindən hazırda 15 qəpik ucuzdur.

Dostlarınla paylaş


Şərhlər


Top