Sərnişin mahnı oxudu, təyyarə təcili eniş etdi

Sərnişin mahnı oxudu, təyyarə təcili eniş etdi

Sərnişin mahnı oxudu, təyyarə təcili eniş etdi

İyunun 19-da səhər saatlarında İrkutskdan Moskvaya istiqamət götürən təyyarə sərnişinlərdən birinin özünü qeyri-adekvat aparması səbəbindən Çelyabinskdəki Balandino hava limanına məcburi eniş edib. Modern.az-ın Rusiya Kİv-nə istinadən verdiyi xəbərə görə, 1988-ci il təvəllüdlü sərnişinlərdən birinin halı pisləşib. Qız təyyarənin salonunda gəzməyə, sərnişinlərin üstünə su tökməyə və mahnı oxumağa başlayıb. Hava gəmisinin komandiri təyyarəni Çelyabinskdə endirmək qərarına gəlib.

Polislər qızı təyyarədən endirərək tibb məntəqəsinə göndəriblər. Həkimlər qızın içkili olmadığını müəyyən etdikdən sonra əsəb xəstəxanasına yerləşdiriblər. Onun ikili - Rusiya və İsrail vətəndaşlığı olduğu bildirilir.

Dostlarınla paylaş


Şərhlər


Top