04.11.2015
Gündəm
Sərnişin avtobusu dayanacağa girdi - 12 nəfər öldü
Ankarada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə əyləcin tutmaması səbəbindən baş verib. Nəticədə avtomobil avtobus dayanacağına girərərək orada dayanan insanlara çırpılıb. Avtobusun altında qalan yaralılar xəstəxanaya yerləşdiriliblər.
Ankara valisi Mehmet Kılıçılar bildirib ki, ölənlərin sayı 12 nəfərə çatıb. 8 nəfər isə yaralanıb. Məlumata görə, əyləc sistemi işləməyən avtobus dayancaqda duran insanların üstündən keçib və onları təxminən 50 metr sürüyüb.