04.11.2015
Gündəm
Sərhəddə yaranan tıxac hələ də aradan qaldırılmayıb
Ötən gündən başlayaraq Azərbaycan-Rusiya sərhədində yaranan böyük tıxac bu gün də qalmaqdadır. Cars-az "report"a istinadən xəbər verir ki, belə ki, "Samur" gömrük buraxılış məntəqəsindən Rusiyaya keçmək istəyən avtomobillər Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində gözləməkdədir.
Buna səbəb kimi sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlərin yaranması göstərilir.
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.