Sədr müavini qəzaya düşdü - Kəndləri işıqsız qoydu

Sədr müavini qəzaya düşdü - Kəndləri işıqsız qoydu

Sədr müavini qəzaya düşdü - Kəndləri işıqsız qoydu

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, rayonun Xudat kəndində köhnə Xudat Kənd Bələdiyyəsinin keçmiş sədri, indiki sədr müavini Səyavuş İbrahimov idarə etdiyi "Niva"nı yolun kənarındakı beton elektrik dirəyinə çırpıb, nəticədə dirək aşıb. Sürücü özü xəsarət almasa da, ətraf kəndlər işıqsız qalıb.

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi faktı təsdiqləyib. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinin qəza briqadası nəticələrin aradan qaldırılması istiqamətində iş aparır. Faktla bağlı araşdırmalar davam edir.

Dostlarınla paylaş


Şərhlər


Top