Salamzadə küçəsi bağlanır

Salamzadə küçəsi bağlanır

Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir neçə saatlıq məhdudlaşdırılacaq. Cars-az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. Göstərilən müddət ərzində alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top