Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 19-da hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top