26.11.2015
Gündəm
Rusiya Suriyaya yardım aparan tırları bombalayıb, 7 ölü
Suriyanın Hələb əyalətinin qərbində yerləşən Azez rayonunda türkmənlərə yardım aparan yük maşınları havadan atəşə tutulub. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, nəticədə 20 yük maşını sıradan çıxıb.
Həmçinin bombardıman zamanı 7 sürücü həyatını itirib, 10 nəfər yaralanıb. "Anadolu" yazır ki, yerli mənbələr yük maşınlarının Rusiya təyyarələri tərəfindən atəşə tutulduğunu qeyd edirlər.