04.11.2015
Gündəm
Rayon maşınları yoxlanılır - TIXAC
Rayon maşınlarının Bakıya buraxılmaması üçün aparılan yoxlama prosesi Bakı-Sumqayıt yolunda böyük tıxaca səbəb olub. Bu barədə jurnalist Aytən Əhmədəova sosial şəbəkədə yazıb. O bildirib ki, 2 saatdır tıxacda qalıblar. Jurnalist qeyd edib ki, yolda maşınlar bir-bir yoxlanılır və bu da tıxacın yaranmasına səbəb olub.
Qeyd edək ki, dünəndən etibarən rayon qeydiyyatında olan maşınların Bakıya girişinə qadağa qoyulub.
***
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, Bakı-Sumqayıt yolunda əsas yolu bağlayıblar. Yoxlama isə Riyad Ticarət Mərkəzinin qarşısında yolun yalnız sağ hissəsində aparılır.