04.11.2015
Gündəm
Ramazan bayramında rayona gedənlərə xoş xəbər
Bayram günlərində rayonlara üz tutan sərnişinlərin sıxlığını nəzərə alan avtovağzal rəhbərliyi 4 günlük gücləndirilmiş iş rejiminə keçəcək. Xətlərə əlavə olaraq 200-ə yaxın nəqliyyat vasitəsi buraxılacaq. Əgər adı günlərdə avrtovağzaldan 10 min sərnişin gün ərzində daşınırdısa bayram günlərində bu rəqəm 15 mindən çox olacaq.
Ramazan bayramı ilə əlaqədar Bakı Beynəxalq Avtovağzalı gücləndirilmiş rejimdə işləyəcək. Sərnişinlərin rahatlığını təmin etmək üçün iyulun 16-dan 20-dək avtobusların sayı artırılacaq. Bayram günləri ərəfəsində gün ərzində 15 mindən çox sərnişinin rahat daşınması mümkün olacaq. Süni qiymət artımının da qarşısı alınacaq.
Avtobus biletlərini 10 gün əvvəlcədən kassalardan və internet vasitəsi ilə almaq mümkündür.