19.02.2016
Gündəm
"Sizi sürgün etdirərəm" - Müğənni polisləri hədələdi:
Müğənni Hatice sərxoş halda avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum olub. Сars-az xəbər verir ki, Etilerdə polis yoxlamaları zamanı ifaçı əvvəlcə alkoqolmetrə üfürmək istəməyib. Yol polisinin təkidi ilə cihaza üfürən Haticenin 75 promill sərxoş olduğu üzə çıxıb. Sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınan Hatice polisə hədə-qorxu gəlməyə başlayıb. O, "Siz mənim kim olduğumu bilirsiniz? Sizi sürgün etdirərəm. Pulunuz qurtarıb ki, vəsiqələrimizə əl qoyursunuz?" deyərək hay-küy salıb. Hatice daha sonra rəfiqəsini çağıraraq onun avtomobili ilə evə qayıdıb.