"Azəryolservis" təmir işlərini dayandırdı - İsti hava

"Azəryolservis" təmir işlərini dayandırdı - İsti hava

"Azəryolservis" təmir işlərini dayandırdı - İsti hava

Azərbaycanda müşahidə edilən isti hava şəraiti ilə əlaqədar Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC açıq havada təmir-bərpa işlərinin həyata keçirilməsini dayandırıb.

Cars-az xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.

"Belə ki, iş prosesi əsasən açıq havada olduğundan işçilər 08:00-dan 12:00-dək işləyirlər, 12:00-dan 18:00-dək fasilə elan olunur və 18:00-dan 21:00-dək iş prosesi yenidən bərpa edilir. Belə iş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib", - A.Nəcəfli qeyd edib.

Dostlarınla paylaş


Şərhlər


Top