"Avtovağzalın qarşısında çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur" - ETSN

"Avtovağzalın qarşısında çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur" - ETSN

"Avtovağzalın qarşısında çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur" - ETSN

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur. Ekzogen-geoloji prosesdə hər hansı aktivlik müşahidə olunmayıb”.

Cars-az xəbər verir ki, bu barədə apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, ərazidə aparılan bərpa-gücləndirmə işləri ilə əlaqədar çatlarda genişlənmələrin olması qaçılmazdır: "Ərazidə ağır texnika işləyir, qazma işləri aparılır. Aparılan işlərin təsirindən ərazidəki çatlarda müəyyən genişlənmə ola bilər. Ancaq "çökmə-sürüşmə baş verib" demək düz deyil”.

Dostlarınla paylaş


Şərhlər


Top