12.11.2015
Gündəm
Quba sakininin “QAZ-24”ü qaçırılıb
Bakıda avtomobil qaçıran şəxs tutulub. Cars-az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 10-da axşam saatlarında Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Rasim Eminov Lökbatan qəsəbəsində Quba rayon sakini Vidadi Dadaşova məxsus “QAZ-2410” markalı avtomobili qaçırıb.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) və Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Eminov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.